Söz Haqqında Söz

This document was uploaded by one of our users. The uploader already confirmed that they had the permission to publish it. If you are author/publisher or own the copyright of this documents, please report to us by using this DMCA report form.

Simply click on the Download Book button.

Yes, Book downloads on Ebookily are 100% Free.

Sometimes the book is free on Amazon As well, so go ahead and hit "Search on Amazon"

Dövlətçilik düşüncəsini tarix, fəlsəfə, sosiologiya, politologiya kimi elm sahələri üzrə öyrənmək nə qədər vacibdirsə, folklorşünaslıq üzrə öyrənmək də bir o qədər vacibdir. Dövlətçilik düşüncəsi folklorşünaslıq predmetinə çevrilərkən bu düşüncəyə, hər şeydən qabaq, arxaik qatlar baxımından yanaşmaq lazım gəlir. Dövlətçilik düşüncəsində arxaik elementlər axtarmaq isə mifologiyadan gələn nöqtələrə diqqət yetirməkdən, qədim dövrlərin inanclar sistemini nəzərə almaqdan başlanır. Söhbət Azərbaycan dövlətçilik təfəkkürünün arxaik qatlarından gedirsə, burada, təbii ki, ümumtürk mifologiyasını bir kontekst kimi götürmədən ötüşmək mümkün deyil. Səbəb aydındır: Azərbaycan dövlətçiliyi ümumtürk dövlətçiliyinin, Azərbaycan mifologiyası da ümumtürk mifologiyasının tərkib hissəsidir. Türk xalqlarında dövlət atributlarının arxaik köklə- rini vahid bir kontekstdə araşdırmaq Azərbaycan dövlətçilik düşüncəsini araşdırmağın mühüm bir yoludur. Azərbaycan dövlətçiliyinin tarixi kökləri ilə bağlı bir sıra vacib suallara məhz ümumtürk kontekstində cavab axtarmaq bir zərurət kimi ortaya çıxır.

Author(s): Muxtar Kazımoğlu
Publisher: Folklor İnstitutu
Year: 2020

Language: Azerbaijani
Pages: 276