Bakı: «Nurlan», 2010. — 256 s. Категория времени в тюркских языках.
Monoqrafiyada zaman kateqoriyası ilk dəfə olaraq bütün türk dillərinin materialları əsasında müqayisəli şəkildə tədqiq olunmuş, türk dillərinin dialekt və şivələrində felin zamanlar sistemi ilə bağlı morfoloji uyğunluqlar və morfoloji ayrılmalar özəksini tapmış, türk dillərində felin zamanlarının semantik və üslubi xüsusiyyətləri dəqiqləşdirilmişdir. Bu baxımdan tədqiqatın nəticələri türkologiyada həmin sahə ilə bağlıəsərlərin yazılması üçün yeni istiqamətlər aça bilər. İltisaqi dil quruluşuna malik türk dillərində felin zamanlarının morfoloji, semantik və üslubi xüsusiyyətlərinin bütün çalarları ilə zəngin dil faktlarıəsasında araşdırıldığı tədqiqatın nəticələrindən türk dillərinin morfologiyasına həsr olunmuş dərslik və ya dərs vəsaitlərinin hazırlanmasında, ali və orta ümumtəhsil müəssisələrində fel bəhsinin, eləcə də felin zamanlarının tədrisində istifadə oluna bilər. Monoqrafiya həm nəzəri, həm dəəməliəhəmiyyətə malikdir. İşin elmi nəticələri türk dillərinin tarixi-müqayisəli morfologiyası, semasiologiyası, üslubiyyatının yaradılması istiqamətində yeni elmi monoqrafiyaların yazılmasında böyük rol oynaya bilər. Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.
В монографии в сравнительном аспекте исследуются материалы тюркских (огузского, кыпчакского, булгарского, карлугского, уйгур-огузского) языков. Монография состоит из введения, трёх глав, заключения и списка использованной литературы.